Pekin, 15 dekabr, AZƏRTAC
Çinin Hubey əyalətinin Yanlopndon şəhəri ölkənin laoçin adlı tünd çayın vətəni hesab olunur. Tarixən çay yetişdirilməsi ilə məşhur olan Yanlondon həm də “Dünyanın ilk çay şəhəri” kimi tanınır. Bu gün də çay ənənələrini qoruyub saxlayan Yanlondon antik şəhərini gəzərkən az qala addımbaşı çayla bağlı elementlərə, ən çox da çay dükanlarına və çay evlərinə rast gəlinir. Antik şəhərin 5 əsas və dar küçəsi var. Ən böyük küçənin uzunluğu 2200 metr, eni isə 5 metrdir. Sonfen çayı boyunca uzanan daş döşəməli küçədə Min (1368-1644-cü illər) və Çin xanədanı (1644-1912-ci illər) dövrünün memarlıq elementləri ilə zəngin eyvanlı evlər, dükanlar, emalatxanalar, kafelər yerləşir.
Hazırda Yanloudon antik şəhəri mədəni irs kimi qorunub saxlanılır. Hökumət son illər onun bərpasına 400 milyon yuan (təxminən 96 milyon manat) vəsait xərcləməklə bu antik şəhəri əvəzolunmaz turizm məkanına çevirib. Ötən il şəhəri 1,35 milyon turist ziyarət edib.
AZƏRTAC Yanloudondan fotoreportajı təqdim edir.
Pekin