Bəşər Əsəd göz həkimi OLACAQ
Ajans.az The Guardian qəzetinə istinadən xəbər verir ki,devrildikdən sonra Rusiyaya köçən keçmiş Suriya prezidenti Bəşər Əsəd hazırda Moskvada oftalmologiya və rus dili üzrə dərslərə qatılır. Mənbə bildirir ki, Əsəd bu təhsil vasitəsilə oftalmologiya sahəsindəki biliklərini dərinləşdirir. Keçmiş Suriya liderinin ailə dostu qeyd edib: “Bu, onun uzunmüddətli ehtirasıdır; açıq-aydın ki, ona maddi ehtiyac yoxdur. Hətta Suriyadakı müharibədən əvvəl də o, müntəzəm olaraq Dəməşqdə oftalmologiya ilə məşğul olurdu.” Mənbə əlavə edib ki, Əsəd “çox sakit bir həyat sürür və xarici dünya ilə minimal, bəzən isə heç bir əlaqəsi yoxdur”. Açıq mənbələrə görə, Bəşər Əsəd gəncliyində universitetin tibb fakültəsini oftalmologiya ixtisası üzrə bitirib.