AZ

Əl-Xətib: Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə regional enerji keçidi təşəbbüsləri Azərbaycan tərəfindən elan olunub

Bakı, 15 dekabr, AZƏRTAC

Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə təmiz enerji əlaqəliliyi kimi genişmiqyaslı regional enerji keçidi təşəbbüsləri Azərbaycan tərəfindən COP29 çərçivəsində Bakıda elan olunub və dənizə çıxşı olmayan inkişaf etməkdə olan ölkələrin gündəliyində gücləndirilməsi vacib olan mühüm prioritetlərdən biridir.

Bunu AZƏRTAC-a açıqlamasında Birləşmiş Millətlər Təşkilatının Cənub-Cənub Əməkdaşlıq Ofisinin direktoru Dima Əl-Xətib bildirib.

Xanım Əl-Xətib qeyd edib ki, dənizə çıxışı olmayan qapalı ölkələr üzrə yaxınlarda Türkmənistanda keçirilmiş konfransda infrastruktur əlaqəliliyi və iqlim dəyişikliklərinə uyğunlaşma kimi bir sıra əsas istiqamətlər vurğulanıb.

“Bu istiqamətlər Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüsə də birbaşa uyğun gəlir. Konfransdakı müzakirələr sübutlara əsaslanan yanaşma ilə göstərdi ki, regional əməkdaşlıq həm milli məqsədlərə daha sürətli nail olunmasına, həm də ümumi regional nəticələrin əldə edilməsinə ciddi müsbət təsir göstərir. Bu, investisiya, hüquqi çərçivə, siyasət formalaşdırılması və təşəbbüslərin uzunmüddətli dayanıqlığı baxımından qarşılıqlı öyrənmə imkanlarını gücləndirir”, - deyə Dima Əl-Xətib əlavə edib.

Müsahibənin tam versiyası az sonra AZƏRTAC-da dərc olunacaq.

 

Seçilən
37
azertag.az

1Mənbələr