AZ

Mənsum İbrahimovdan sərt mesaj: “Efirdə yayılıb sənətkara söz demək olmaz”

“Cavan vaxtlarımda insanları yaxşı tanımadığım üçün heyifsilənirdim. Amma indi hamını olduğu kimi qəbul edirəm”. 

“Yeni Sabah” xəbər verir ki, bu sözləri “Tarixin bir günü” verilişində Mənsum İbrahimov deyib.

Xalq artisti bildirib ki, efirdə sənətkarlara söz demək üçün o haqqı qazanmaq lazımdır:

“Hər zaman tələbələrimə də deyirəm ki, hər daş atana fikir verməyin, bacarığınızdan da aşağı səviyyədə danışın. Gücünüz nəyə çatırsa, efirlərdə o qədər danışın, böyük-böyük sözlər işlətməyin. Biz də ustadlarımızın yanında belə olmuşuq. Efirdə yayılıb oturub, sənətkara söz demək olmaz. O haqqı qazanmaq lazımdır. Onu da sənə xalq verir. Bu halda çıxıb kiməsə nəsə deyə bilərsən”.

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
117
yenisabah.az

1Mənbələr