Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Azərbaycanda ilk dəfə təşkil olunan “Sığorta agentləri və vasitəçiləri” forumu sığorta sektorunun aparıcı iştirakçılarını bir araya gətirib. Demokrat.az xəvər verir ki, forumda “Qala Sığorta” ASC və “Qala Həyat Sığorta Şirkəti” ASC geniş heyətlə təmsil olunaraq tədbirin gedişatına mühüm töhfələr veriblər.Tədbir çərçivəsində sığorta agentləri və vasitəçilərinin fəaliyyəti, bazarın mövcud vəziyyəti, inkişaf perspektivləri, eləcə də qarşıda duran çağırışlar müzakirə olunub. “Qala Sığorta” və “Qala Həyat Sığorta” şirkətlərinin nümayəndələri panel müzakirələrində aktiv iştirak edərək, praktiki təcrübələrini bölüşüb, sığorta xidmətlərinin keyfiyyətinin artırılması və agent şəbəkəsinin gücləndirilməsi ilə bağlı fikirlər səsləndiriblər.Forum sığorta bazarında peşəkar əməkdaşlığın genişləndirilməsi, bilik və təcrübə mübadiləsinin gücləndirilməsi baxımından əhəmiyyətli platforma kimi qiymətləndirilib.
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.