AZ

Görün Messiyə Hindistanda nə hədiyyə etdilər: Hansı mesajları verir?

Lionel Messi "G.O.A.T India Tour" layihəsi çərçivəsində Hindistana səfərini davam etdirir.

Publika.az xəbər verir ki, turun son dayanacağı Dehli olub. Duman səbəbindən uçuş geciksə də, argentinalı futbolçu paytaxta çatdıqdan dərhal sonra planlaşdırılan görüş və tədbirlərə qatılıb.

Səfərin ən simvolik məqamlarından biri Maharaştra ştatının baş naziri Devendra Fadnavisin Messiyə hədiyyə etdiyi Padmapani Bodhisattvasının portreti olub. Buddist ənənəsində bu obraz mərhəmət, mənəvi yolu təcəssüm etdirir və jest daha çox mədəni xarakter daşıyıb.

Digər bir hədiyyə isə hindistanlı biznesmen tərəfindən təqdim edilib. O, Messinin və həyat yoldaşı Antonellanın ənənəvi hind geyimlərində təsvir olunduğu portreti bağışlayıb. Bu addım rəsmi protokoldan uzaq, qonağa hörmət və onu yerli mədəni kontekstə daxil etmək cəhdi kimi dəyərləndirilib.

Seçilən
147
publika.az

1Mənbələr