AZ

Yasamalda ara məsafəsi saxlamayan sürücülər zəncirvari qəza törətdi VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi  küçəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza dekabrın 14-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan yük maşını, 77-NF-782 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilə, o isə öz növbəsində 99-OA-544 dövlət nömrə nişanlı “KIA” markalı maşınla toqquşub. İlkin ehtimallara əsasən, qəzaya səbəb ara məsafəsinin düzgün təyin edilməməsi olub. Hadisə nəticəsində hər üç nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xəsarət alan olmayıb.

Bakıda qəribə qəza: Yolayrıcında iki maşın bir-birinin üzərinə çıxdı - VİDEO

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır. 

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
79
avtosfer.az

1Mənbələr