Bakı metropoliteninin "Gənclik" stansiyasının çıxışında böyük monitor quraşdırılıb.
Ölkə.Az xəbər verir ki, monitorda metropolitenin stansiyası daxilində yerləşən müşahidə kameralarının görüntüləri əks olunub.
Monitora nəzər saldıqda perronda sərnişinlərin hərəkəti və stansiya ərazisini açıq şəkildə görmək mümkündür.
Monitorların hansı məqsədlə quraşdırılması məlum deyil.
Ölkə.Az sözügedən yeniliklə bağlı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə sorğu ünvanlayıb.
Billurə