AZ

Qlobal Ərzaq Təhlükəsizliyi üzrə Təşəbbüs Azərbaycanda fermerlər üçün xüsusi təlim proqramlarının yaradılmasına hazırdır

Qlobal Ərzaq Təhlükəsizliyi Təşəbbüsü fermerlərin xüsusi təlim proqramlarının yaradılmasını təklif edir.

Bunu Qlobal Ərzaq Təhlükəsizliyi üzrə Təşəbbüsün katibi Conrad Reinin  açıqlamasında deyib.

O bildirib ki, əsas məsələ fermerlərin beynəlxalq tələblər barədə məlumatlandırılmasıdır: “Biz bunun üçün xüsusi təlim proqramlarının yaradılmasını təklif edirik. Hazırda oxşar proqramı Cənubi Afrika hökuməti ilə müzakirə edirik və bu modeli Azərbaycan üçün də tətbiq etmək mümkündür. Çünki fermerlər üçün ən vacib məsələ bazarlara çıxış imkanıdır. Bu istiqamətdə Afrika İnkişaf Bankı ilə də əməkdaşlıq aparırıq və oxşar mexanizmləri Azərbaycan üçün də qurmağa hazırıq”.

Müsahibənin tam versiyası AZƏRTAC-da dərc olunub.

Seçilən
34
1
ekologiya.az

2Mənbələr