ain.az, 525.az saytına istinadən bildirir.
“Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəyə ABŞ-ın səyləri sayəsində son qoymaq üçün heç vaxt bu qədər yaxın olmamışıq”.
525.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban bildirib.
Orbanın sözlərinə görə, bu həftə əsas hadisələr Brüsseldə Macarıstanın da hazırlaşdığı Avropa İttifaqı sammiti zamanı baş verəcək.
"Məsələ sadədir: müharibə, yoxsa sülh. Biz Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün heç vaxt bu qədər yaxın olmamışıq. Avropa gözəl fürsət qarşısındadır, çünki Avropa ölkələrinin dörd ildir ki, başa çatdıra bilmədiyi müharibə ABŞ tərəfindən dayandırıla bilər”, - o deyib.
Baş nazir əmindir ki, Avropa əks istiqamətdə hərəkət edir və müharibəni nəinki davam etdirmək, həm də genişləndirmək niyyətindədir. Söhbət həm də Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsindən gedir ki, bu, Moskvaya açıq müharibə elan etməyə bərabərdir və qarşı tərəfin cavabı da qaçılmaz olacaq.
Pərvanə Sultanova
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.