AZ

MİLLƏT VƏKİLİ VƏTƏNDAŞLARI QƏBUL EDİB

Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Sabunçu rayonunun Bakıxanov qəsəbəsində növbəti vətəndaş qəbulu keçirib.

Qəbul zamanı vətəndaşlar fərdi qaydada dinlənilib, onların qarşılaşdıqları problemlərlə yaxından tanış olunub.

Vətəndaşların müraciətləri əsasən məşğulluq, sağlamlıq, sosial təminat, təhsil, əfv, məişət və digər məsələlərlə bağlı olub.

Qaldırılan problemlərin bir hissəsi yerindəcə həll edilib. Digər müraciətlərlə bağlı isə qanunvericiliyə uyğun olaraq aidiyyatı üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müraciət olunması qərara alınıb.

Qeyd edək ki, deputat Fazil Mustafa tərəfindən vətəndaşların qəbulu mütəmadi olaraq hər həftənin bazar ertəsi günü saat 15:00-da Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 35 ünvanında keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
47
olaylar.az

1Mənbələr