“Spartak Moskva" yarımmüdafiəçisi Gedson Fernandeşlə bağlı mövqeyini sərtləşdirib.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi portuqaliyalı futbolçunun transferi üçün 45 milyon avro tələb edir.
"Sport 24" nəşrinin məlumatına görə, klub rəhbərliyi oyunçunun komandanın əsas fiqurlarından biri olduğunu və yalnız yüksək məbləğ qarşılığında satıla biləcəyini bildirib.
Gedsona Avropanın bir neçə aparıcı klubunun maraq göstərdiyi qeyd olunur. Moskva təmsilçisi isə hələlik futbolçunu saxlamaqda israrlıdır.
Kamil Xudiyev