AZ

FTB Yeni il gecəsi Los-Ancelesdə planlaşdırılan terror hücumunun qarşısını alıb

Vaşinqton, 15 dekabr, AZƏRTAC

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Yeni il gecəsi Los-Ancelesdə planlaşdırılan terror planının qarşısını aldığını açıqlayıb.

AZƏRTAC-ın məlumatına görə, bununla bağlı 4 nəfər həbs olunub. Onlar özlərini fələstinpərəst və Tısbağa Adası Azadlıq Cəbhəsinin (TILF) radikal bir qolu kimi təqdim ediblər. FTB-nin məlumatına görə, onlar Yeni il gecəsi Los-Ancelesdə əldəqayırma partlayıcı qurğulardan istifadə edərək beş ayrı-ayrı yerdə koordinasiyalı bomba hücumları planlaşdırıblar. Açıqlamaya əsasən, eyni TILF ekstremist qrupu ilə əlaqəli olduğu güman edilən beşinci şəxs Yeni Orleanda başqa bir hücum planlaşdırmaqda şübhəli bilinərək həbs olunub.

 

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
93
3
azertag.az

7Mənbələr