Bakı. Trend:
Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzairdəbeynəlxalq sərgi və dəfilə təşkil olunub. Tədbir MisirinƏlcəzairdəki Səfirliyinin və Əlcəzairdə akkreditə olunmuşsəfirlərin xanımlarını bir araya gətirən Diplomatların XanımlarınınAssosiasiyasının (AFDA) təşkilatçılığı ilə baş tutub.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.
Bildirilib ki, Bəhreyn, Küveyt, Malayziya, Rusiya və bir sıraAfrika ölkələrinin nümayəndələrinin qatıldığı tədbirdə hər kəs özmusiqisini, bayrağını və milli geyimlərini təqdim edib.
Tədbirdə ölkəmizi Əlcəzairdə yaşayan soydaşımız Xumar Nəbiyevavə Diaspor Gənclərinin IV Yay Düşərgəsinin iştirakçısı ŞəmsNəbiyeva təmsil edib. Soydaşlarımızın çıxışı zəngin geyimirsimizin, musiqi mədəniyyətimizin və milli kimliyimizin beynəlxalqarenada tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyıb.
Tədbir müxtəlif xalqlar arasında dostluq münasibətlərinin,mədəni əməkdaşlığın və qarşılıqlı anlayışın inkişafına dəyərlitöhfə verib.