AZ

Yeni Dehlidə hava çirklənməsi kritik həddə çatıb, məktəblər hibrid təhsilə keçib

Bakı. Trend:

Hintistanın paytaxtı Yeni Dehlidə hava çirklənməsi kritik həddəçatıb, məktəblər hibrid təhsilə keçib

Trend xariciKİV-ə istinadən xəbər verir ki, şəhərin ətrafındakı 39 ölçməstansiyasından 38-də hava çirklənməsi “şiddətli” səviyyədə qeydəalınıb.

Hindistanın Hava Keyfiyyətinin İdarə Edilməsi Komissiyası ölkədəhava çirklənməsi ilə mübarizə məqsədilə Aşamalı Mübarizə FəaliyyətPlanının (GRAP) 4-cü mərhələsini tətbiq edib. Qərara əsasən, YeniDehlidə məktəblərdə hibrid təhsil sisteminə keçilib.

Hava Keyfiyyəti üzrə Erkən Xəbərdarlıq Sisteminin (AQEWS)proqnozlarına görə, bölgədə hava çirklənməsinin bu gün də“şiddətli” səviyyədə qalacağı, 16 dekabr tarixlərində isə “çox pis”kateqoriyasında olacağı gözlənilir.

Rəsmilər sabahdan etibarən küləyin sürətinin artmasının havaçirklənməsində qismən azalma yarada biləcəyini bildirirlər.

Məqalədə:
Seçilən
66
1
az.trend.az

2Mənbələr