AZ

Zelenski Berlin danışıqları barədə: Amerikalılarla söhbət çətin olsa da, səmərəli oldu...

Ukrayna prezidenti bu danışıqların sülhün ləyaqətli olmasına xidmət etdiyini vurğulayıb...

Poliqon xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Berlində amerikalı nümayəndələrlə aparılan danışıqları şərh edərək, bu görüşlərin asan keçmədiyini, lakin konkret nəticələr verdiyini bildirib. O, bu fikirləri Almaniya–Ukrayna iqtisadi forumunun bağlanış mərasimində çıxışı zamanı səsləndirib.

Zelenskinin sözlərinə görə, ABŞ tərəfi ilə aparılan danışıqlar Ukrayna üçün xüsusi əhəmiyyət daşıyır.

“Bu, çox vacib bir söhbətdir. Belə söhbətlər həmişə asan olmur, bunu səmimi deyirəm. Amma danışıq səmərəli oldu, çoxlu detallara toxunuldu. Əsas olan odur ki, sülh ləyaqətli olsun”, deyə Ukrayna prezidenti qeyd edib.

Ukrayna prezidenti vurğulayıb ki, məhz ləyaqət anlayışı ölkəsinin apardığı mübarizəsində əsas rol oynayır və bu amil Rusiyanın irəliləyişinin qarşısını alan əsas səbəblərdən biri olub. Zelenski bildirib ki, Ukrayna üçün ləyaqət yalnız siyasi prinsip deyil, həm də dövlətin və xalqın mövcudluğunu qoruyan fundamental dəyərdir.

Prezident əlavə edib ki, Ukrayna beynəlxalq tərəfdaşlarla, xüsusilə də ABŞAvropa ölkələri ilə dialoqu davam etdirərək, müharibənin ədalətli və davamlı sülhlə başa çatmasına nail olmağa çalışır. Onun sözlərinə görə, Berlin danışıqları da bu məqsədə xidmət edən mühüm mərhələlərdən biri kimi qiymətləndirilir.

Poliqon.info

Seçilən
128
poliqon.info

1Mənbələr