AZ

“Real”ın sabiq futbolçusu Messinin yanına getdi

“Real”ın sabiq futbolçusu Serxio Reqilon karyerasını MLS-də davam etdirəcək. Msport.az xəbər verir ki, müdafiəçi azad agent kimi “İnter Mayami”yə keçib.

28 yaşlı oyunçunun müqaviləsi 2027-ci ilin dekabrına qədər nəzərdə tutulub.

Reqilon karyerasını başa vuran Jordi Albanı əvəzləyəcək.

“Real”ın yetirməsi olan Reqilon son olaraq “Brentford”da çıxış edib. O, “Mançester Yunayted”, “Atletiko”, “Tottenhem”, “Sevilya” kimi klublarda da forma geyinib.

Qeyd edək ki, Leo Messi “İnter Mayami”nin şərəfini qoruyur.

Seçilən
126
msport.az

1Mənbələr