Avropa Birliyi diplomatiya rəhbəri Kaja Kallasın sözlərinə görə, AB diplomatları Rusiyaya qarşı yeni sanksiyalar paketini 15 dekabrda təsdiqləməyi planlaşdırırlar.
Brüssel yeni məhdudiyyətlər siyahısındakı “kölgə donanmasını” hədəf alacaq: “Bu gün biz “kölgə donanması”ndan olan gəmilərlə bağlı qərar qəbul edəcəyik. Söhbət sanksiyalardan yayınmaya kömək edən 40 gəmidən, eləcə də şəxslərdən gedir.”, – Kaja Kallas bildirib.
Editor.az xəbər verir ki, “Bloomberg”in məlumatına görə, Brüssel son aylarda sanksiyalardan yayınmada iştirak edən neft tankerlərini qeydiyyata alan ölkələrə təzyiq göstərir. Nəşr bildirir ki, AB-nin hərəkətləri öz bəhrəsini verib: bir neçə ölkənin hakimiyyət orqanları gəmiləri “kölgə donanmasından” çıxarmağa razılaşıblar.
Qeyd etmək lazımdır ki, bu paket əsas məhdudiyyətlər paketindən ayrı olacaq “kiçik bir sanksiya bloku”dur.
//Samir Qurbanov, Editor.az