AZ

Kukurelya La Liqaya qayıda bilər

Bakı. Trend:

"Çelsi" klubunun cinah müdafiəçisi Mark Kukurelya karyerasınıyenidən İspaniya La Liqasında davam etdirə bilər.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, "Atletiko" klubu 27 yaşlıfutbolçunun transferində maraqlıdır və bu keçidin əsas təşəbbüskarıbaş məşqçi Dieqo Simeonedir.

Bununla yanaşı, transferin reallaşması asan görünmür. Belə ki,"zadəganlar" futbolçunu satmağa tələsmirlər və mümkün keçid üçünMadrid təmsilçisindən yüksək məbləğ tələb etməyiplanlaşdırırlar.

Qeyd edək ki, Kukurelyanın "Çelsi" ilə müqaviləsi isə 2028-ciilin iyun ayına qədər qüvvədədir.

Seçilən
44
3
az.trend.az

4Mənbələr