AZ

Rusiya yenə də “oyundan kənar vəziyyət”ə düşdü

Avropa idman rəsmiləri hesab edirlər ki, Rusiyanın beynəlxalq futbol yarışlarına, hətta gənclər səviyyəsində belə, qayıtması yalnız Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün bir həll yolu tapıldıqdan sonra mümkün olacaq.

Onlar hesab edirlər ki, Rusiyanın beynəlxalq yarışlara qayıtması siyasi razılaşma əldə olunana qədər mümkün deyil. İran dövlət xəbər agentliyi Tasnim-in məlumatına görə, UEFA Rusiyanın 17 yaşadək futbolçular arasında çempionatda iştirakını bərpa etməyi planlaşdırsa da, sonradan bu planı ləğv edib.

Avropa futbol rəsmiləri hesab edirlər ki, Rusiya FİFA və UEFA-ya qayıda bilər, lakin bir çox ölkə bununla oynamaqdan çəkinəcək və hətta rusiyalı futbolçuların öz ərazilərinə girməsinə icazə verməyəcək. FİFA prezidenti Canni İnfantino, UEFA prezidenti Aleksandr Çeferindən fərqli olaraq, əvvəllər Rusiyanın beynəlxalq futbola qayıtmasını dəstəkləyib.

//Samir Qurbanov, Editor.az

Seçilən
172
editor.az

1Mənbələr