AZ

Vaşinqton Kiyevdən ərazi məsələləri ilə bağlı qərar gözləyir

ABŞ rəsmiləri Berlin danışıqlarından sonra yekun seçimin Ukraynaya məxsus olduğunu bildirir...

Vaşinqtonda Ukrayna münaqişəsinin nizamlanması üçün Kiyevin ərazi məsələləri üzrə çətin, lakin həlledici qərar verməli olacağı gözlənilir.

Poliqon xəbər verir ki, bu barədə bazar ertəsi Sky News telekanalı ABŞ rəsmilərinə istinadla məlumat yayıb. Məlumata görə, Berlində keçirilən danışıqlardan sonra Amerika tərəfi bildirib ki, “ərazilərlə bağlı yekun qərarı Ukrayna verməlidir”.

Bloomberg Agentliyinin yazdığına görə, indi Ukrayna prezidenti Volodimir Zelenski ərazi məsələsini öz komandası ilə müzakirə etməlidir. Mənbələrin bildirdiyinə əsasən, ABŞ və Ukrayna nümayəndə heyətləri görüşün yekununda münaqişənin tənzimlənməsi üzrə üç səhifəlik ilkin plan layihəsi hazırlayıblar.

The Guardian nəşri isə qeyd edir ki, ABŞ prezidenti Donald Tramp bazar ertəsi günün sonuna yaxın Berlində səfərdə olan Zelenski və bir sıra Avropa ölkələrinin liderləri ilə telefon danışığı apara bilər. Nəşrin məlumatına görə, Vaşinqton və Kiyev nümayəndələri arasında aparılan danışıqlarda dondurulmuş Rusiya aktivləri məsələsi və bu vəsaitlərin Ukraynanın bərpası üçün istifadəsi imkanları da müzakirə olunub. Bildirilir ki, ABŞ-nin mövqeyi tərəflər arasında mümkün razılaşmanın beynəlxalq hüquq çərçivəsində formalaşdırılmasını və Avropa müttəfiqləri ilə koordinasiyanı da nəzərdə tutur.

Poliqon.info

Seçilən
116
poliqon.info

1Mənbələr