AZ

Son 8 oyunda qələbə qazana bilməyən baş məşqçini QOVDULAR

“Ovyedo” baş məşqçisi Luis Karrionu istefaya göndərib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İdarə Heyətinin səbr kasasını daşıran səbəb komandanın məşqçinin rəhbərliyi altında keçirdiyi 8 oyunda qələbə qazana bilməməsidir.

Son zərbə isə “Sevilya”dan alınan ağır məğlubiyyət olub – 0:4.

İndi klub sürətlə yeni baş məşqçi axtarmalıdır, çünki artıq 6-cı gün İspaniya çempionatının növbəti turunda “Ovyedo” öz meydanında “Selta” (Viqo) ilə qarşılaşacaq.

Komanda hazırda La Liqanın turnir cədvəlində 19-cu pillədə qərarlaşıb və vəziyyəti düzəltmək üçün təcili dəyişikliklərə ehtiyac var.

Seçilən
132
sportinfo.az

1Mənbələr