AZ

“Onda başa düşəcəksiz ki, niyə hesabı saxlaya bilmədik” – Yuri Vernidub

Misli premyer-liqasının 15-ci turunda “Neftçi” evdə “Sumqayıt”la heç-heçə etdi - 2:2.

Oyunsonrası mətbuat konfransında Yuri Vernidub media nümayəndələrinin suallarını cavabladı.

- Qələbə hesabını niyə saxlaya bilmədiz?
- Oyundan danışaq. Onda başa düşəcəksiz ki, niyə hesabı saxlaya bilmədik. 65-70 dəqiqə meydanda əsl futbol oldu. O vaxta qədər “Neftçi”nin qapısı qarşısında təhlükə olmadı. 2 qol vurduq, əlavə üç qol şansımız da var idi. Bu da qələbə qazanmamağa səbəb oldu. Son 20 dəqiqədə çox yorğun oynadıq. Fizki güc yetərli olmadı. Amma düzəltmək olar. Eybi yox, “Karvan-Yevlax”la oyundan sonra toplanışımız olacaq. Hazırlaşacağıq. Gördüyümü sizlə bölüşürəm. Komadamız yaxşıdı, texnika da var. İntizam və fiziki güc düzəlməlidi. “Neftçi” brenddi. Əlimizdən gələn və gəlməyən hər şeyi edəcəyik.

- Bu mövsüm üçün qarşınıza hansı hədəflər qoyulub?
- Çətindi. Böyük hədəflərimiz var. İndi nəsə demək lazımdı. 65-ci dəqiqəyə qədər oynadığımız kimi oynasaq, hamının xoşuna gələcək. Əlimdən gələni edəcəm. Buna inanıram.

- Bu heyət, futbolçular rəhbərliyin sizin qarşınıza qoyduğu minimal hədəf üçün yetərlidi?
- Pis oyunçular yoxdu. Amma güclənmək lazımdı. Rəhbərliyə məlumat verəcəyik. Axtarış olacaq. Hər mövqedə azı iki futbolçu olsun ki, bir-birini əvəzləyə bilsin. Vaxt da lazımdı. Cəmi bir ay vaxtımız var. Bu futbolçularla işləmək daha məntiqlidi, nəinki heyəti tam dəyişmək.

- Qısa müddətdə nəyi dəyişdiz ki, bu qədər epizod oldu?
- Hər futbolçu ilə danışmaq lazımdı. Topla taktiki məşğələlər etmək lazımdı. Pressinq də lazımdı. Hər şeyi qapıdan başlayanda güc də tükənir. İstədiyim futbol 65-70 dəqiqə oldu. Sonra heç istəmədiyim futbol oldu. Təəssüflənirəm. Amma bu futboldu. İrəli getmək lazımdı.

- Abubakarın meydana sonradan çıxması taktiki gediş idi, yoxsa hazırlıq səviyyəsi sizi razı salmır?
- Gördüm ki, Sambu böyük iş görür. “Sumqayıt”ın müdafiəsinə yaxşı təzyiq etdi. Ona görə meydana sonradan daha təcrübəli Abubakarı buraxdım. Çünki o da ulduzdu. Bu şansları daha yaxşı dəyərləndirə bilər. “Portu”da, “Beşiktaş”da yaxşı futbol oynayıb. Düzdü, əvvəlki durumda deyil. Toplantıda fiziki dözümlülüyü həll etməyə çalışacağıq. 5 gün ərzində nəsə etmək çətindi. Sehrbaz deyiləm. Əlimi ürəyimə qoyub deyirəm ki, komanda 8-ci pillədə olmamalıdı. Klubun böyük tarixi var.

- Sanki əvəzetmələr gecikdi…
- Razıyam. Amma başa düşməliyəm ki, komandada kim nə vəziyyətdədi. Gördüm ki, çökmə var. Daha tez etsəydim, bəlkə də daha pis nəticə ola bilərdi. Qələbə qazanan da, məğlub olan da futbolçulardı (gülümsəyir). Amma uduzmağı öz boynuma götürməyə hazıram. Təki onlar yaxşı olsun. İntizam mütləq olmalıdı. Bir az intizam çatmır.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
129
1
football-plus.az

2Mənbələr