Rusiyada itkin düşən 13 turist tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. Həm 13 nəfərlik qrup, həm də digər turistlər xilas edilib, onlar bazaya aparılıb.
Perm diyarında itkin düşən 13 nəfərlik turist qrupu tapılıb. Onlar turbazadan 5 kilometr aralıda aşkar ediliblər. Xoşbəxtlikdən, hamısı sağ və sağlamdır, hazırda bazaya təxliyə olunurlar.
Həmçinin xilasedicilər Karpinsk dairəsi sərhədində 7 qar motosikleti (sneqoxod) tapıblar.
Daha əvvəl onların pis hava şəraitindən qorunmaq üçün tərk edilmiş Bolşaya Oslyanka kəndində sığındığı ehtimal olunurdu.
Son məlumata görə, axtarışda olan hər iki turist qrupu tapılıb.
Xuraman Etibarlı
İnterpress.az