Ayna saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Türkdilli Dövlətlərin 2021-ci il İstanbul Zirvə Görüşündə əməkdaşlıq daha da yüksək səviyyəyə qaldırılıb”
“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması ilə bağlı Naxçıvan Sazişi çox əhəmiyyətli saziş olub”. AYNA.AZ xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan Naxçıvan Sazişinin türk dünyası üçün dönüş nöqtəsi olduğunu bildirib.
Onun sözlərinə görə, Türkdilli Dövlətlərin 2021-ci il İstanbul Zirvə Görüşündə əməkdaşlıq daha da yüksək səviyyəyə qaldırılıb və türk dövlətləri arasında keçmişlə müqayisədə bütün sahələrdə daha sıx əməkdaşlıq qurulub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.