AZ

Türkiyə qırıcıları ölkənin hava məkanını pozan PUA-nı endirib

Ankara, 14 dekabr, AZƏRTAC

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 təyyarələri ölkənin hava məkanına daxil olan pilotsuz uçuş aparatını (PUA) məhv edib.

AZƏRTAC Türkiyənin Milli Müdafiə Nazirliyə istinadən xəbər verir ki, Qara dənizdə Türkiyənin hava sahəsini pozan PUA-nın “izi” aşkarlanıb.

Nazirliyinin açıqlamasında qeyd olunur ki, sözü gedən dronun nəzarətdən çıxdığı müəyyən olunub.

Arzuolunmaz insidentin qarşısının alınması məqsədi ilə PUA yaşayış məntəqələrindən uzaq ərazidə qırıcılar tərəfindən vurularaq endirilib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
98
9
azertag.az

10Mənbələr