Bakı. Trend:
Azərbaycan Güləş Federasiyası güləş idman növünün təbliğiistiqamətində həyata keçirdiyi kampaniyanı davam etdirir.
Trend xəbər verirki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətiməlumat yayıb.
Kampaniya çərçivəsində Gənclər və İdman Nazirliyi və MilliOlimpiya Komitəsinin birgə dəstəyi ilə “Güləş Qarabağda” devizialtında Qarabağ və Şərqi Zəngəzura səfər təşkil olunub. SəfərdəGənclər və İdman Nazirliyinin və Azərbaycan Güləş Federasiyasınınrəsmiləri, həmçinin tanınmış güləşçilər iştirak ediblər.
Nümayəndə heyəti bu gün Xankəndi şəhərində olub. Qonaqlarəvvəlcə Nizami Gəncəvi adına 4 saylı orta məktəbə baş çəkiblər.Eldəniz Əzizli, Rafiq Hüseynov, Mariya Stadnik, Rəsul Çunayev kimitanınmış güləşçilər məktəblilər tərəfindən böyük coşğu və maraqlaqarşılanıb. Yeniyetmələr tanınmış idmançılarla şəkil çəkdirib,avtoqraf alıblar, daha sonra məktəbin stadionunda qurulan güləşxalçası üzərində güləşin əsas elementləri ilə tanış olublar.
Çimərlik güləşi üzrə milli komandanın baş məşqçisi OyanNəzərianinin rəhbərliyi ilə keçirilən oyunlar tədbirə əlavə rəngqatıb. Şagirdlərə Azərbaycan Güləş Federasiyası tərəfindənhədiyyələr təqdim olunub.
Qeyd edək ki, tədbirin əsas məqsədi güləşin populyarlığını dahada artırmaq, tanınmış güləşçilərlə məktəblilərin ünsiyyətini təşkiletmək, gənc nəsildə sağlam həyat tərzini, “sağlam bədəndə sağlamruh olar” düşüncəsini və vətənpərvərlik ruhunuformalaşdırmaqdır.