Lənkəranın Bəlləbur kəndində IX əsrə aid Babəkin müdafiə qalası mövcuddur. Bu qala da Babəkin Naxçıvanda, Ərdəbildə yerləşən digər qalaları kimi qorunur.
Onun divarlarının qalınlığı beş metrə çatır ki, bu da qalanın möhkəm qalmasını təmin edir. Bəlləbur qalasının relyefi çətin olsa da, kənd sakinləri gələn turistləri qarşılayır və qala haqqında məlumat verirlər.
Həmin qalada aparılan arxeoloji qazıntılar zamanı burada qızıl sikkələr tapılıb.
Daha ətraflı Azərbaycan Televiziyasının (AzTV) videomaterialında: