AZ

Türkiyə hava məkanında təhlükə: Pilotsuz təyyarə vuruldu

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Hərbi Hava Qüvvələri Qara dəniz üzərində Türkiyə hava məkanına yaxınlaşan naməlum hava hədəfini aşkarlayıb.

Globalinfo.az-ın verdiyi xəbərə görə, bu,Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub. Məlumata görə, hədəf NATO tərəfindən təmin edilən F-16 qırıcı təyyarələri vasitəsilə müşahidə altına alınıb.

Araşdırma zamanı obyektin nəzarətdən çıxmış pilotsuz uçuş aparatı olduğu müəyyən edilib. Təhlükəsizlik risklərinin qarşısını almaq məqsədilə dron yaşayış məntəqələrindən kənarda yerləşən təhlükəsiz ərazidə məhv edilib.

Hadisə nəticəsində hər hansı maddi ziyan və ya insan itkisi qeydə alınmayıb.

Qeyd edək ki, regionda pilotsuz uçuş aparatları ilə bağlı insidentlər son dövrlər daha tez-tez baş verir. Belə ki, dekabrın 3-də Rumıniya silahlı qüvvələrinin Qara dənizdə Ukraynaya məxsus “Sea Baby” hərbi-dəniz pilotsuz aparatını məhv etdiyi bildirilmişdi.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
1
globalinfo.az

2Mənbələr