AZ

İran ilk dəfə “Tramp marşrutu”na açıq etiraz edib

Tehran bu layihəni milli təhlükəsizliyinə birbaşa təhdid hesab edir...

Poliqon xəbər verir ki, İran “Tramp marşrutu” kimi tanınan Azərbaycanla Naxçıvanı birləşdirən layihəyə ilk dəfə açıq şəkildə qarşı çıxıb və onu ölkənin milli təhlükəsizliyinə təhdid adlandırıb. Bu mövqe İranın ali rəhbəri ayətullah Əli Xameneinin baş müşaviri Əli Əkbər Vəlayəti tərəfindən Ermənistanın Tehrandakı səfiri ilə görüşü zamanı sərgilənib.

Vəlayəti bildirib ki, sözügedən marşrut regionda mövcud geosiyasi tarazlıqları poza, həmçinin İranın strateji maraqlarına və təhlükəsizlik arxitekturasına ciddi zərər vura bilər. Onun sözlərinə görə, Tehran Cənubi Qafqazda sərhədlərin dəyişdirilməsi, yeni nəqliyyat-logistika xətlərinin yaradılması və üçüncü tərəflərin maraqlarına xidmət edən təşəbbüslərə prinsipial şəkildə qarşıdır.

İran rəsmisi vurğulayıb ki, ölkəsi regionda sabitliyin qorunmasını, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsini prioritet hesab edir. O qeyd edib ki, Cənubi Qafqazda istənilən layihə region ölkələrinin razılığı və beynəlxalq hüquq çərçivəsində həyata keçirilməlidir.

Analitiklərin fikrincə, Tehranın bu cür açıq bəyanatı İranın “Tramp marşrutu” adlandırılan təşəbbüsü artıq yalnız diplomatik risk deyil, birbaşa təhlükəsizlik problemi kimi qiymətləndirdiyini göstərir. Bu mövqe eyni zamanda İranın regionda öz təsir imkanlarını qorumaq niyyətinin gücləndiyini və Cənubi Qafqazdakı prosesləri daha diqqətlə izlədiyini ortaya qoyur.

Poliqon.info

Seçilən
144
poliqon.info

1Mənbələr