GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Rusiya Suriyada heç kimə xəyanət etməyib və ölkədə baş verən proseslər Suriyanın daxili işi olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın Dövlət Televiziya və Radio Yayımları Şirkətinə verdiyi müsahibədə bildirib.
Lavrovun sözlərinə görə, hazırda Moskva ilə Suriyanın yeni hakimiyyəti arasında münasibətlər hamar və sabit xarakter daşıyır.
Nazir vurğulayıb ki, Rusiyanın tərəfdaşlarını yarı yolda qoyması ilə bağlı iddialar əsassızdır:
“Qoy onlar Rusiyanın kimisə nə vaxt tərk etdiyinə dair bir nümunə göstərsinlər”.
Bu fikirlərlə Lavrov Qərb mediasında Moskvanın keçmiş müttəfiqlərinə arxa çevirdiyinə dair səsləndirilən iddialara münasibət bildirib.
Xatırladaq ki, oktyabr ayında Suriya Xarici İşlər Nazirliyi ölkənin Rusiya ilə hərbi bazalar və keçmiş prezident Bəşər Əsədin taleyi ilə bağlı danışıqlar apardığını açıqlamışdı.
Tahir Turan
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.