BAKI, 16 dekabr. TELEQRAF
Meksikanın Mexiko ştatında, Toluka şəhərinin beynəlxalq hava limanı yaxınlığında özəl biznes təyyarə qəzaya uğrayıb.
Teleqraf xəbər verir ki, bu barədə ştatın mülki müdafiə xidməti məlumat yayıb.
Bildirilir ki, hadisə nəticəsində azı 6 nəfər ölüb.
Məlumata görə, Akapulkodan Toluqaya uçan Cessna Citation III tipli təyyarədə səkkiz sərnişin və iki ekipaj üzvü olub. Hadisə yerində xilasetmə və araşdırma işləri davam etdirilir. Qəzanın səbəbləri hələlik müəyyənləşdirilməyib.