AZ

Rusiyada əmlakları əlindən alınan sabiq deputat axtarışa verilib

BAKI, 16 dekabr. TELEQRAF

Rusiyada sabiq Dövlət Dumasının deputatı Yuri Napso axtarışa elan olunub.

Teleqraf xəbər verir ki, bu barədə "RIA Novosti" hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, sabiq deputatın axtarış qərarı hüquq-mühafizə orqanları tərəfindən rəsmiləşdirilib. Axtarışın hansı cinayət işi çərçivəsində aparıldığı açıqlanmayıb.

Xatırladaq ki, Yuri Napsunun deputat səlahiyyətlərinə 2025-ci ilin aprel ayında vaxtından əvvəl xitam verilib. Bundan əvvəl isə oktyabr ayında məhkəmə qərarı ilə sabiq deputata məxsus təxminən 60 daşınmaz əmlak obyekti dövlət mülkiyyətinə keçirilib.

Hazırda işlə bağlı əlavə təfərrüatlar açıqlanmır, araşdırmalar davam edir.

Seçilən
175
1
teleqraf.com

2Mənbələr