AZ

Sakit okeanda 3 gəmi vuruldu- 8 nəfər öldü

ABŞ hərbçiləri beynəlxalq sularda narkotik daşındığı iddia edilən gəmilərə qarşı əməliyyat həyata keçirib. AzPost xarici mənbələrə istinadla xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının məlumatına görə, Sakit okeanda üç gəmi məhv edilib, nəticədə səkkiz nəfər ölüb.

Rəsmi açıqlamada bildirilir ki, əməliyyat müdafiə naziri Pit Hegsetin göstərişi ilə aparılıb. Qeyd olunub ki, birgə əməliyyat qrupu narkotik alveri ilə məşğul olan silahlı qruplara qarşı hədəfli zərbələr endirib. ABŞ tərəfi öldürülən şəxslərin narkotik daşınmasında birbaşa iştirak etdiyini iddia edir.

Müdafiə Nazirliyinin məlumatına əsasən, kəşfiyyat məlumatları bu şəxslərin ABŞ ərazisinə yönəlmiş narkotik axınında rolunu təsdiqləyib. Açıqlamada əməliyyatın beynəlxalq hüquqa uyğun aparıldığı vurğulanıb. Hərbi qurum bu cür tədbirlərin narkotik ticarətinə qarşı mübarizənin tərkib hissəsi olduğunu qeyd edib.

AzPost.az

Seçilən
177
1
azpost.info

2Mənbələr