Reyting.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Donbas mənim üçün çox vacib məsələdir. Rusiyanın mövqeyinə gəlincə, bu, hələ dəyişməyib. Bilirsiniz ki, onlar bizim Donbası istəyirlər. Bizim mövqeyimiz praktik, real və ədalətlidir və biz bunun tərəfdarıyıq: Donbasımızdan imtina etmək istəmirik”.
Reyting.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski Berlində ABŞ nümayəndə heyəti ilə görüşdən sonra deyib.
Bu arada ABŞ Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanəti vəd edir. Ağ evin açıqlamasına görə, Zelenski və Avropa liderləri ilə iki gündən çox davam edən görüşdən sonra “bir sıra kritik məsələlər üzrə real razılıq əldə olunub”.
Vaşinqton Şimali Atlantika Alyansının 5-ci maddəsinə bənzər təhlükəsizlik təminatları üçün Ukraynadan Donbası verməsini və qərarın indi qəbul edilməsini tələb edir. Əks halda sonrakı şərtlər daha az əlverişli olacaq. Bu ultimatumdan “Politico” nəşri xəbər tutub.
E. KAMAL
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.