AZ

Azərbaycanda 4-5 partiya kifayətdir



"Azərbaycan kimi, çox da böyük olmayan dövlətlər üçün, maksimum 4-5 partiya kifayətdir. Nəzərə almaq lazımdır ki, siyasi partiyaların nizamnamələri, proqramları bir-birindən fərqlənmir. Düşünürəm ki, bu sayda partiyalar, demokratik cəmiyyətin, hüquqi dövlətin qurulması üçün mövcud olan ideoloji istiqamətləri özlərində əks etdirə bilər".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. O bildirib ki, demokratik sol, sağ, millətçi, mərkəzçi, liberal, mühafizəkar, ekoloji və s. cərəyanları özünə ideoloji baza kimi qəbul edən insanlar, bu partiyalarda təmsil oluna, siyasi proseslərdə iştirak edə və idarəetmə sisteminə, cəmiyyətin inkişafına öz töhfələrini verə bilərlər:

"Yoxsa, hərə başına beş-altı nəfər tanışını, ailə üzvlərini yığıb, partiya-partiya oyunu oynayır. Balaca bir otaqda “qurultay” keçirir. Belə olmaz, kənardan çox pis görünür, insanlar gülür. Bu baxımdan, hesab edirəm ki, bu məsələlərə yenidən baxılmalıdır.

ABŞ-da əsasən aparıcı iki partiyadı, onlar da ənənəvi olaraq, seçki öncəsi xüsusi fəallıqları ilə seçilirlər. Rusiya kimi böyük dövlətdə də, aparıcı parlament partiyalarının sayı cəmi dörddür. Biz də, bu barədə düşünməliyik".

Süleyman
Seçilən
191
1
newscenter.az

2Mənbələr