ain.az, Bizimyol portalına istinadən məlumat verir.
ABŞ Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsi maliyyəçi Ceffri Epstein işi üzrə Bill və Hillari Klintonun ifadəsini müvafiq olaraq 13 və 14 yanvar tarixlərinə təyin edib.
Bizimyol.info xəbər verir ki, bu barədə Komitə sədri Ceyms Komerin (Respublikaçı, Kentukki) Klintonların vəkilinə "Politico" tərəfindən əldə edilmiş məktubunda bildirilib.
"Əgər müştəriləriniz bu yeni tarixlərdə iştirak etməsələr, Komitə bunu dərhal Konqresin icraatına hörmətsizlik kimi qəbul edəcək", - deyə Komer yazıb.
O qeyd edib ki, Klintonların vəkili əvvəllər bu həftə ifadə verə bilməyəcəkləri barədə xəbərdarlıq edib, lakin alternativ tarixlər təklif etməkdən imtina eedib və bu da Komitəni birtərəfli qaydada tarixləri təyin etmək məcburiyyətində qoyub.
15 dekabrda "The New York Times" qəzeti Bill və Hillari Klintonun Epstein işi üzrə Konqres üzvləri qarşısında ifadə verməkdən imtina etdikləri təqdirdə Konqresə hörmətsizlikdə ittiham oluna biləcəklərini bildirib. Qəzetin verdiyi məlumatda qeyd edilir ki, onlar 17-18 dekabr və ya 2026-cı il yanvarın əvvəlində keçiriləcək komitə dinləmələri üçün bu həftənin əvvəlində çağırış vərəqələri ala bilərlər.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.