Braziliyanın Quaiba şəhərində güclü külək səbəbindən Amerika Azadlıq heykəlinin surəti aşıb.
KONKRET.az xəbər verir ki, bu barədə G1 xəbər portalı məlumat yayıb.
Bildirilib ki, Quaibada Azadlıq Heykəlinin təqlidi olan abidə fırtına zamanı aşıb.
Məlumata görə, heykəl və onun postamentinin hündürlüyü 35 metr olub. Küləyin sürəti saatda 90 km-ə çatıb.
Hadisə nəticəsində heç kim xəsarət almayıb, lakin heykəlin özünə ciddi ziyan dəyib.