İspaniya millisinin sabiq sol cinah müdafiəçisi Serxio Reqilon “İnter Mayami” ilə müqavilə imzalayıb.
Msport.az xəbər verir ki, bu barədə adıçəkilən klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı futbolçu ilə 2027-ci ilin dekabrına qədər sözləşmə bağlanıb. Lakin qarşılıqlı razılıq əsasında müqavilənin müddəti daha 1 il uzadıla bilər.
Qeyd edək ki, Serxio Reqilon son olaraq İngiltərənin “Tottenhem” komandasında çıxış edib və müqaviləsinin müddəti 2025-in yayında başa çatdıqdan sonra azad agent statusu daşıyıb.
“İnter Mayami”nin heyətində dünya şöhrətli Lionel Messi çıxış edir və argentinalı oyunçu bir müddət əvvəl sözləşməsinin vaxtını 2028-ci ilə qədər artırıb.