
Meksinanın paytaxtı Mexiko şəhərindən təxminən 50 kilometr qərbdə kiçik təyyarənin qəzaya uğraması nəticəsində azı yeddi nəfər həlak olub.
Missiya.Az xəbər verir ki, təcili eniş etməyə çalışan kiçik təyyarə Toluka hava limanından 5 kilometr aralıda yerə çırpılıb.
Bildirilib ki, təyyarədə səkkiz sərnişin və iki heyət üzvü olmaqla ümumilikdə 10 nəfər olub. Hadisə yerində aparılan axtarış-xilasetmə işləri zamanı indiyədək yeddi nəfərin cəsədi tapılıb.
Qəzanın səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmalara başlanılıb.
Seyranə QuliyevaMissiya.Az