Azərbaycanda 14 yaşlı qızı ərə vermək istədilər - Valideyn həbs edildi
Tovuzda yeniyetmə qızın toy mərasiminin keçirilməsi cəhdinin bəzi detalları məlum olub.
aia.az-ın məlumatına görə, övladlarına toy edən hər iki valdeyin məclisinin keçiriləcəyi restoranının sahibini aldadıblar. Belə ki, valdeyinlər şadlıq sarayına başqa sənəd veriblər, yəni yaşı uyğun olan şəxsin kimliyini restorana təqdim ediblər.
Toy başlayan zaman məlum olub ki, qızın 14 yaşı var. Dərhal toyun qarşısı alınıb.
***
Tovuz Rayon Polis Şöbəsinə rayonunun Yuxarı Öysüzlü kəndində 2011-ci il təvəllüdlü qızın toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
aia.az xəbər verir ki, polis əməkdaşları tərəfindən həmin mərasimin qarşısı alınıb və tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar.
Onlarla profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah edilib və barələrində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə valideynlərdən biri 1 ay müddətinə inzibati qaydada həbs edilib./Unikal
aia.az