Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Zaur İbrahimli Ukrayna münaqişəsi ətrafında yaranmış mövcud vəziyyətlə bağlı fikirlərini bölüşüb.
QHT.az xəbər verir ki, o bildirib ki, Prezident Volodimir Zelenskinin niyə güzəştə getməməsi, ABŞ-ın Ukraynaya niyə əvvəlki kimi geniş dəstək verməməsi və Rusiyanın niyə danışıqlara meyilli görünməsi kimi mürəkkəb suallara İTV-nin “Diqqət Mərkəzi” verilişində qısa zaman ərzində aydınlıq gətirməyə çalışıb.
Zaur İbrahimlinin sözlərinə görə, hazırkı mərhələdə nə Rusiya, nə də Ukrayna tərəfi ABŞ prezidenti Donald Trampın irəli sürdüyü təşəbbüslərə açıq şəkildə “yox” demək niyyətində deyil. Onun fikrincə, bu məqam artıq açıq şəkildə görünür və əlavə müzakirəyə ehtiyac qalmır.
"Daha vacib məsələ Tramp administrasiyasının bu münaqişədən birtərəfli qaydada çıxmaq üçün nə qədər real imkanlara malik olmasıdır. Bu amil prosesin gələcək inkişafında həlledici rol oynaya bilər. Tramp Ukrayna münaqişəsi ilə bağlı oyun qaydalarını əsaslı şəkildə dəyişib və bu yanaşma Avropa üçün də qəbulolunan hesab edilir. Bununla belə, Zelenskinin Tramp tərəfindən Ağ Evdə qəbul edilməsindən sonra belə, ABŞ-ın yaxın zamanda münaqişədən çıxacağı ilə bağlı gözləntilər özünü doğrultmayıb".
Onun sözlərinə görə, bir qrup ekspert və ictimai fəal hesab edir ki, Tramp bu məsələdə tam suveren qərar qəbul etmək imkanına malik deyil və istəsə belə, ABŞ-ın Ukrayna münaqişəsindən tam şəkildə kənarlaşması mümkün olmaya bilər.
Daha ətraflı videoda:
Pərvanə Fərhadqızı