AZ

Elektron xidmətlərin və dövlət informasiya sistemlərinin qiymətləndirilməsi üzrə yeni Qayda təsdiqləndi

Bakı. Trend:

09 dekabr 2025-ci il tarixində Nazirlər Kabinetinin Qərarı ilə“Elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlətinformasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyətiüzrə qiymətləndirilmənin həyata keçirilməsi Qaydası” təsdiq edilib.Yeni Qayda dövlət informasiya sistemləri və ehtiyatlarının, eləcədə dövlət qurumları tərəfindən təqdim olunan elektron xidmətlərinkeyfiyyətinin, təhlükəsizliyinin və səmərəliliyinin vahid meyarlarəsasında qiymətləndirilməsini nəzərdə tutur.

Bu barədə Trend İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə(İRİA) istinadən xəbər verir.

Məlumata görə, qiymətləndirmə prosesi ildə bir dəfə olmaqlamüraciət, emal, nəticənin təqdim edilməsi kimi mərhələləri əhatəedəcək və müyəssərlik, məlumatların idarə olunması, inteqrasiya vətəhlükəsizlik kimi əsas meyarlar əsasında aparılacaq.Qiymətləndirmənin nəticəsi 5 ulduzlu sistem əsasında hesablanacaq,qiymətləndirilməsi aparılan quruma cari vəziyyət və təkmilləşdirməistiqamətləri barədə arayış təqdim ediləcək. QiymətləndirilməRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyatakeçiriləcək.

Qaydaya əsasən, elektron xidmətlərin funksionallığı və istifadərahatlığı üzrə testlər keçiriləcək, istifadəçi rəyləri toplanacaq,yerində baxışlar aparılacaq, məlumatların dəqiqliyi vəəlçatanlılığı yoxlanılacaq. Dövlət qurumları qiymətləndirmə üçüntələb olunan məlumatları təqdim etməli və aşkar edilənçatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiqtədbirlər görməlidirlər.

Qiymətləndirmənin ümumiləşdirilmiş illik hesabatı növbəti ilin 1mart tarixinədək Azərbaycan Respublikasının Prezidentinə təqdimolunacaq və nəticələr rəsmi internet resursunda açıqlanacaq.

Yeni Qaydanın tətbiqi rəqəmsal xidmətlərin keyfiyyətininartırılmasına, dövlət informasiya sistemlərinin etibarlılığının vədayanıqlığının təmin edilməsinə, həmçinin rəqəmsal hökumətstandartlarının daha da təkmilləşdirilməsinə imkan yaradacaq.

Seçilən
108
11
az.trend.az

10Mənbələr