AZ

Zelenski Ukrayna və ABŞ arasındakı danışıqların tarixini açıqladı

Ukrayna prezidenti Vladimir Zelenski həftəsonu ABŞ-da Ukrayna və Amerika nümayəndə heyətləri arasında danışıqların keçiriləcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə “Novosti.Live” telekanalı məlumat yayıb.

Zelenski Kiyevin müvafiq sənədləri yaxın günlərdə yekunlaşdıracağını bildirib.

“İnanıram ki, Amerika Birləşmiş Ştatları yaxın günlərdə ruslarla məsləhətləşmələr aparacaq, daha sonra isə ABŞ prezidenti ilə məsləhətləşmələr olacaq və bundan sonra komandalarımız görüşəcək”, - deyə Zelenski vurğulayıb.

Bu baxımdan Zelenski ABŞ və Ukrayna komandalarının yaxın vaxtlarda görüşəcəyini istisna etməyib. Onun sözlərinə görə, danışıqlar 20-21 dekabr tarixlərində baş tuta bilər.

Seçilən
61
publika.az

1Mənbələr