Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqaşov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və FHN-in Şimal Regionunda fəaliyyət göstərən yerli strukturlarının şəxsi heyəti Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin hörmətlə yad ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı münasibətilə nazirliyin strukturunda çalışan bütün əməkdaşları təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.
İcra başçısı qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Fövqəladə Hallar Nazirliyi ölkə əhalisinin həyat fəaliyyətinin, ərazilərin, dövlət əmlakının və fərdi mülkiyyətin təhlükəsizliyinin təmin olunması sahəsində öz fəaliyyətini uğurla davam etdirir.
Sonda Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarında çalışan bir qrup əməkdaş Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib.


