AZ

Lavrov: “ Rusiya İranın qanuni hüquqlarını həmişə dəstəkləyəcək”

Vətəninfo.az xəbər verir ki, dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın İranın yanında olub-olmayacağı ilə bağlı suala cavabında bildirib ki, Moskva Tehranla strateji tərəfdaşlıq müqaviləsinə sadiqdir və İranın qanuni hüquqlarını daim dəstəkləyəcək.

Lavrov deyib ki, Qərb ölkələri, xüsusən də Avropa dövlətləri düşmənçilik siyasəti apararaq İranı “Birgə Hərtərəfli Fəaliyyət Planı”nın (JCPOA) pozulmasında günahlandırmağa çalışıblar. Onun sözlərinə görə, İran bu sənədi heç vaxt pozmayıb.

Nazir vurğulayıb ki, JCPOA ABŞ tərəfindən birtərəfli qaydada tərk edilib və sonradan Qərb ölkələri Vaşinqtonu izləyərək məsuliyyəti İranın üzərinə atıblar. Lavrov sanksiyaların yenidən tətbiq olunmasını isə “diplomatiya üçün rüsvayçılıq” adlandırıb.

Seçilən
94
veteninfo.az

1Mənbələr