AZ

Kamran Əsədovla bağlı AÇIQLAMA

Tələbələrin saxta yollarla universitetlərə qəbul olunması və buna vasitəçilik edilməsi haqqında mənə jurnalistlər tərəfindən suallar verilir. Bu məsələ haqqında danışmaq mənim üçün çətindir, çünki duz-çörək kəsmişəm Kamran Əsədov ilə.

 

Mən əmək fəaliyyətimə universitetdə başladığım zaman və ilk dəfə Facebookda hesab açdığım zaman 5-6 nəfərlik təhsil ekspertlərinin tez-tez görüşdüyünü görmüşdüm. Tribuna.az xəbər verir ki, bu sözləri təhsil eksperti Qoşqar Məhərrəmov həmkarı Kamran Əsədovun həbsi ilə bağlı danışarkən deyib. O bildirib ki, artıq elə bir vəziyyət yaranıb ki, görmədikləri bir tərəfə, gördüklərinə də inanmır: “Sahəm, marağım və amalım təhsil olduğu üçün hər biri ilə müxtəlif platformalarda görüşmək, həmsöhbət olmaq şansım olmuşdu. Sonradan Elm və Təhsil Nazirliyinin əməkdaşları ad vermədən bəzi ekspertlərin onları şantaj etdiyini, onlara nəyəsə məcbur etdiklərini və qələmlərini şəxsi mənfəətləri üçün istifadə etdiklərini demişdilər. Bu səbəblə təhsil nazirliyində “ekspert” sözü artıq ikrah doğururdu sanki. İndi də yəqin elədir. Sonra mənə demişdilər ki, icazənizlə sizi də mediaya təqdim etmək istərdik ekspert qismində. Mən də “tərəfsiz formada, elmi əsaslarla düşündüklərimi bölüşə bilərəm” demişdim. Amma anlamışdım “ekspert” olmağın da ölkədə necə baş verdiyini. Beləcə illər keçdi. Mən yenə mövqeyimdəyəm. İnsanlar dəyişdi, şəxslər yerini digərlərinə buraxdı. Amma sistem yenə də dəyişmədi. İndi dünən salam verdiyimiz adamlar haqqında yazılanlar, hüququn müəyyən etdikləri məni sadəcə kədərləndirir. Heyfslənirəm. İnanmaq istəmirəm. Bir də kinolardan da görürük. Adamın torbasını tikmək o qədər asan və mümkündür ki, adam bir mərhələdən sonra belə bir vəziyyətə gəlir: görmədiklərim bir tərəfə, gördüklərimə inanmıram. Axırımız xeyir olsun”.

Tarix: 16 Dekabr 2025, 11:17   
Seçilən
107
pravda.az

1Mənbələr