Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün VII tur start götürəcək.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
Açılış oyununda "Murov Az Terminal" "Azərreyl" ilə üz-üzə gələcək. Görüş "Murov Az Terminal"ın idman zalında keçiriləcək və saat 13:00-da başlayacaq.
Qeyd edək ki, tura dekabrın 19-da yekun vurulacaq.
Yüksək Liqa (Qadınlar)
VII tur
16 dekabr
13:00. "Murov Az Terminal" – "Azərreyl"
"Murov Az Terminal"ın idman zalı.
Turun digər görüşlərinin oyun cədvəli belədir:
18 dekabr
17:00. "UNEC" – "Gəncə"
UNEC-in idman zalı
19 dekabr
18:00. "Abşeron" – "Turan"
Azərbaycan Voleybol Federasiyasının idman zalı.