AZ

Sabah qrup mərhələsində sonuncu oyununa çıxır

sport24.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu gün "Sabah" basketbol komandası FIBA Çempionlar Liqasının qrup mərhələsində sonuncu matçını keçirəcək. Sport24.az xəbər verir ki, "bayquşlar" Almaniya təmsilçisi "Alba" ilə qarşılaşacaq. 

berlində baş tutacaq oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Qeyd edək ki, aktivində 6 xal olan "Sabah" B qrupunda dördüncü pillədə qərarlaşıb. "Alba" və Fransa "Elan Şalon"u 9 xalla birinci və ikinci pillədə yer alıblar. "Sabah"la eyni xala malik Çexiya "Nimburk"u isə üçüncüdür.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
115
sport24.az

1Mənbələr