AZ

Azərbaycanın təbii qaz ixracından gəliri artıb

Bakı. Trend:

Bu ilin yanvar–noyabr aylarında Azərbaycandan xaricə ümumilikdə8,117 milyard ABŞ dolları dəyərində 22,804 milyard kubmetr təbiiqaz (qaz halında) ixrac edilib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbərverir.

Məlumata görə, bu, ötən ilin eyni dövründəki göstərici iləmüqayisədə dəyər ifadəsində 513,275 milyon ABŞ dolları və ya 6,7%çox, həcm baxımından isə 718 milyon kubmetr və ya 3% azdır.

Dövr ərzində təbii qazın ölkənin ümumi ixracında payı 34,69%-əbərabər olub.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xariciölkələrlə 44,589 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatıaparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,480 milyard dollar vəya 3,4% çoxdur.

Xarici ticarət dövriyyəsinin 23,401 milyard ABŞ dolları ixracın,21,188 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 937 milyon dolar və ya 3,8% azalıb, idxal isə 2,416 milyarddollar və ya 12,9% artıb.

Yekunda xarici ticarətdə 2,213 milyard dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 3,353 milyard dollar və ya 2,5dəfə azdır.

Məqalədə:
Seçilən
131
13
az.trend.az

10Mənbələr